
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxs və ya təşkilat,qanunvericiliklə müəyyən edilmiş qaydada vergi öhdəliklərini yerinə yetirməlidir.Bu öhdəliklərin düzgün icra olunub-olunmadığını müəyyən etmək məqsədilə vergi orqanları tərəfindən vergi yoxlamaları həyata keçirilir.
✅ Vergi Yoxlamasının Hüquqi Əsasları:
Vergi yoxlamaları Vergi Məcəlləsi və aidiyyatı normativ hüquqi aktlara əsasən aparılır.Yoxlamalar zamanı əsas məqsəd vergi ödəyicisinin vergidən yayınmasının qarşısını almaq,vergi uçotunun düzgün aparıldığını yoxlamaq və qanunsuz maliyyə əməliyyatlarının qarşısını almaqdır.
✅Vergi Yoxlamasında Tələb Oluna Biləcək Əsas Sənədlər:
📍Elektron və ya kağız daşıyıcılarda təqdim olunmuş vergi bəyannamələri
📍Mühasibat uçotu sənədləri (gəlir və xərc cədvəlləri, kassa sənədləri və s.)
📍Əmək müqavilələri və əməkhaqqı sənədləri
📍Elektron qaimə-fakturalar (e-QF)
📍Müqavilələr,təhvil-təslim aktları,sifariş sənədləri və s.
✅Sahibkarın Hüquqları:
Vergi yoxlaması zamanı sahibkarın hüquqları var və bunlara aşağıdakıları misal göstərmək olar.
📍Yoxlama barədə əvvəlcədən məlumat almaq hüququ (istisnalar xaric);
📍Mühasib və ya hüquqşünas iştirakı ilə yoxlamada iştirak etmək;
📍Yoxlama aktı ilə tanış olmaq və yazılı etiraz bildirmək;
📍Yoxlama nəticəsində tətbiq olunan cərimə və qərarlardan şikayət vermək;
📍Yoxlama zamanı aparılan hər bir əməliyyata dair izahat tələb etmək.
⚠Vergi yoxlamasına hazır olmaq üçün tövsiyələr:
📍Daimi düzgün mühasibat uçotu aparın.Yalnız yoxlama zamanı deyil, daima uçot sisteminiz şəffaf və səliqəli olmalıdır.
📍Bütün vergi bəyannamələri vaxtında və düzgün təqdim edilməlidir.
📍Əmək münasibətləri qanuni şəkildə sənədləşdirilməlidir.Qeyri-rəsmi işçi işə götürmək ciddi cərimələrə səbəb ola bilər.
📍Elektron sistemlərdən (e-QF,bəyannamə və s.) düzgün istifadə edin.
📍Vergi yoxlaması bildirişi almamışdan öncə peşəkar məsləhəti alın ki,yoxlama gələnədək sənədləriniz qaydasında olsun.
Vergi yoxlamaları sahibkarlıq fəaliyyəti üçün həm məsuliyyət, həm də uçot baxımından şəffaflıq imtahanıdır.
Müəllif:Müstəqil Auditor,Peşəkar Mühasib Nicat Kazımov