
Mikro sahibkarlıq subyektləri üçün mühasibatlıq sadələşdirilmiş və çevik yanaşma tələb edir.Azərbaycanda “Mikro,kiçik və orta sahibkarlıq subyektləri” haqqında meyarlar var (dövlət tərəfindən təsdiqlənib) və mikro sahibkar sayılan subyektlər 0–10 nəfərədək işçi sayına və 200 mindən aşağı dövriyyəyə malik olmalıdır.
✅Mühasibat uçotu forması:
• Mikro sahibkarlar sadələşdirilmiş uçot apara bilərlər.
• Yəni gəlir və xərclərin uçotu kifayətdir.
✅Tələb olunan uçot sənədləri:
Mikro sahibkarlar üçün əsas aparılmalı sənədlər:
• Kassa kitabı və ya elektron uçot – nağd pul əməliyyatları üçün;
• Bank çıxarışları və uçotu – nağdsız əməliyyatlar üçün;
• Satış və alış sənədləri (qaimə,çek,müqavilə və s.);
• Əmək haqqı və sosial ödənişlərin uçotu
• Vergi bəyannamələri (mükəlləfiyyətdən asılı olaraq);
• Statistik hesabatlar
✅Praktik yanaşma
Mikro sahibkar üçün ən praktik yol:
• Əməliyyatlar az olduğu halda Excel cədvəlində uçot aparmaq;
• Daha çox əməliyyat olduqda sadə mühasibat proqramlarından istifadə etmək.
• Vergi öhdəlikləri və hesabatların vaxtında verilməsi üçün mühasib və ya mühasibat xidməti göstərən şəxslərlə əməkdaşlıq etmək faydalıdır.