Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci, 16-cı, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (Ikitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, №10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab),maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7,maddələr 609, 618, № 8, maddələr 743, 744) aşağıdakı dəyişikliklər edilsin:11-ci maddədən “, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa,” sözləri çıxarılsın;
- 13-cü maddə üzrə:
- 2.49-2-ci maddəyə “yoxlaması” sözündən sonra “və ya üfüqi monitorinq” sözləri, “yoxlama” sözündən sonra “(monitorinq)” sözü və “edilməsi” sözündən sonra“, habelə səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq həmin halların bu Məcəllənin 85.5-ci maddəsində göstərilən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsi” sözləri əlavə edilsin;
- 2.60-cı maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Bu maddənin və bu Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur;”;
- 2.68-ci maddə ləğv edilsin;
- 2.72-ci maddəyə “maddələrində” sözündən sonra “, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü maddəsində” sözləri əlavə edilsin;
- 2.81-ci maddəyə “rəsmiləşdirilən” sözündən sonra “uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan” sözləri əlavə edilsin;
- 34-cü maddə üzrə:
- 1-ci maddənin səkkizinci abzasının birinci cümləsində “formatda” sözü “formada (uçota alınmaq üçün ərizənin poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
- 4-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Vergi ödəyicisi olan fiziki şəxs uçotdan çıxarılması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ərizəni elektron və (və ya) kağız formada (poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla) vergi orqanına təqdim edir.”;
- 7.4-cü maddə ləğv edilsin;
- 36-cı maddə üzrə:
- adına “yoxlamaları” sözündən sonra “, üfüqi monitorinq” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:
“36.6-1. Vergi orqanı üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə bu Məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulan qaydada üfüqi monitorinq keçirir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar (bu Məcəllənin 38.3.2-ci, 38.3.5-ci, 38.3.6-cı və 38.3.10-cu maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) və kameral vergi yoxlamaları keçirilmir.”;
- 38-ci maddə üzrə:
- 1-ci maddənin birinci abzasından “, o cümlədən elektron audit” sözləri çıxarılsın;
- aşağıdakı məzmunda 3.10-cu maddə əlavə edilsin:
“38.3.10. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisində transfer qiymətlərinin tətbiqi üzrə və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu halda vergilərin hesablanması zamanı. Bu halda növbədənkənar səyyar vergi yoxlaması yalnız transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olmuş sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlarla əhatə edilən əməliyyatlar üzrə aparıla bilər.”;
- 38.8-ci maddə ləğv edilsin;
- aşağıdakı məzmunda 38-1-ci maddə əlavə edilsin:
“Maddə 38-1. Üfüqi monitorinq
38-1.1. Üfüqi monitorinq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir. Üfüqi monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və
üfüqi monitorinqlə əhatə edilmir.
38-1.2. Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq bu Məcəllənin 38-1.7- ci maddəsində göstərilən vaxtda başlayır və 6 aydan gec olmayaraq başa çatır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.
38-1.3. Bu Məcəllənin 38-1.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla üfüqi monitorinqə qəbul edilmək üçün ərizənin verildiyi tarixə aşağıdakı bütün şərtlərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilərlər:
38-1.3.1. vergi ödəyicisi orta və iri sahibkarlıq subyektidirsə;
38-1.3.2. vergi ödəyicisi mühasibat və vergi uçotunu mühasibat və (və ya) vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməklə aparırsa;
38-1.3.3. vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq edirsə.
38-1.4. Barəsində riskli vergi ödəyicisi olmasına dair qərar qüvvədə olduqda, habelə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda vergi ödəyicisi üfüqi monitorinqə qəbul edilə bilməz.
38-1.5. Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisi üfüqi monitorinqin aparılacağı dövrdən əvvəlki ilin sentyabr ayının 1-dən gec olmayaraq forması və doldurulma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ərizə və aşağıdakı sənədlərlə (məlumatlarla) birlikdə vergi orqanına müraciət edir:
38-1.5.1. bu Məcəllənin 38-1.10.1-ci maddəsinə əsasən təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər və məlumatlar;
38-1.5.2. bu Məcəllənin 38-1.10.2-ci maddəsinə uyğun olaraq qurulmuş daxili nəzarət sistemi, mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədlər.
38-1.6. Üfüqi monitorinqə qəbul edilmə barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Məcəllənin 38-1.3-cü maddəsində nəzərdə tutulmuş şərtlərə uyğunluğuna vergi orqanı tərəfindən 2 ay müddətində baxılır və baxılmanın nəticəsi üzrə vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi və ya üfüqi monitorinqə qəbul edilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərar
qəbul edilir. Vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi barədə qərar bir dəfə qəbul edilir və növbəti illər ərzində də qüvvədə qalır (vergi ödəyicisi bu Məcəllənin 38-1.12-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqdən çıxarılmadığı halda).
38-1.7. Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarılmış vergi ödəyicisi bu Məcəllədə nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən (hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınmaqla) 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədləri və məlumatları vergi orqanına təqdim edir. Bu maddədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra növbəti gün vergi orqanı tərəfindən üfüqi monitorinqin başlanması barədə qərar qəbul edilir.
38-1.8. Bu Məcəllənin 38-1.5-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar həmin maddədə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar olduqda, vergi orqanı həmin sənədlərin və məlumatların, onlar vergi ödəyicisində olmadıqda isə bu barədə izahatın təqdim edilməsi üçün vergi ödəyicisinə 5 iş günü ərzində elektron qaydada sorğu göndərir. Sorğu göndərildikdən sonra 15 gün ərzində tələb edilən sənədlər və məlumatlar vergi orqanına təqdim edilməlidir.
38-1.9. Üfüqi monitorinqin başlama tarixindən 15 gün ərzində vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannamələrini təqdim edə bilər.
38-1.10. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:
38-1.10.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və
ödənilməsi ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdığı məlumat
mübadiləsi platformasında yerləşdirmək və vergi orqanının həmin platformaya çıxışını təmin etmək;
38-1.10.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalara uyğun daxili nəzarət sistemini qurmaq və mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu vergi orqanına təqdim etmək.
38-1.11. Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi, üfüqi monitorinq zamanı vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, nümunə kimi əşyaların götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və inventarizasiya aparılması bu Məcəllənin 38.5-ci, 38.6-cı, 39 – 41-ci və 43 – 48-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
38-1.12. Üfüqi monitorinqin keçirilməsi aşağıdakı hallarda dayandırılır və vergi ödəyicisi üfüqi monitorinqdən çıxarılır:
38-1.12.1. vergi ödəyicisi tərəfindən üfüqi monitorinqdə iştirakın dayandırılması barədə ərizə təqdim edildikdə (bu halda vergi ödəyicisi 3 iş günü ərzində üfüqi monitorinqdən çıxarılır);
38-1.12.2. sənədlərin və məlumatların təqdim edilməsinə dair vergi orqanının tələbləri ardıcıl iki dəfə pozulduqda;
38-1.12.3. bu Məcəllənin 38.3.6-cı maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda;
38-1.12.4. vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq mümkün vergi riskləri barədə məlumatı açıqlamamışdırsa vergi ödəyicisində üfüqi monitorinqlə əhatə olunan dövr üzrə bu Məcəllənin 38.3.5-ci maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda və ya üfüqi monitorinqlə əhatə olunmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı bu Məcəllənin 36.3-1.2-ci maddəsində göstərilən hal üzrə yoxlamanın əhatə etdiyi dövr artırıldıqda (üfüqi monitorinqlə əhatə olunan dövr daxil olmaqla);
38-1.12.5. vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, habelə vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda.
38-1.13. Üfüqi monitorinq başa çatdıqdan sonra onun nəticələri üzrə vergi orqanının rəhbəri (onun müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:
38-1.13.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
38-1.13.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması.
38-1.14. Bu Məcəllənin 38-1.15-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, üfüqi monitorinq aparılan vergi ödəyicisində vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmaması aşkar edildikdə, vergi orqanının qərarı ilə bu Məcəllənin 58.1-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilir.
38-1.15. Vergi ödəyicisi üfüqi monitorinqlə aşkar olunmuş kənarlaşmalar barədə məlumatı üfüqi monitorinqin başlanmasına qədər bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemi tətbiq etməklə müvafiq formada açıqlamışdırsa üfüqi monitorinq keçirilən vergi ödəyicilərinə vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.”;
- 55.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 55.1.7-ci maddə əlavə edilsin:
“55.1.7. bu Məcəllənin 38-1.15-ci maddəsində nəzərdə tutulan halda vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasının üfüqi monitorinq nəticəsində aşkar edilməsi.”;
- 58-ci maddə üzrə:
- 1-1-ci maddədə “vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında” sözləri “üfüqi monitorinq zamanı” sözləri ilə əvəz edilsin;
- 2-ci maddədə “və ya” sözləri “ərizənin verilməməsinə görə 200 manat məbləğində, bu Məcəllənin” sözləri ilə əvəz edilsin;
- 12-ci maddədə “14.5.1-1.9-cu” sözləri “14.5.1-1.3-cü” sözləri ilə əvəz edilsin;
- 59.2-ci maddənin ikinci cümləsinə “yoxlaması” sözündən sonra “və üfüqi monitorinq” sözləri əlavə edilsin;
- 67.15-ci maddənin birinci cümləsinə “nəzarəti” sözündən sonra “(o cümlədən üfüqi monitorinq)” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 1-1-ci maddə əlavə edilsin:
“70.1-1. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edilmiş elektron xidmətlərlə bağlı vergi ödəyiciləri tərəfindən vergi orqanlarına göndərilən sənədlər yalnız elektron kabinet vasitəsilə elektron qaydada təqdim olunur.”;
- 71-1-ci maddə üzrə:
- 71-1.1.3-cü maddəyə birinci halda “xidmətlərin” sözündən sonra “(beynəlxalq daşıma xidmətləri, habelə müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər istisna olmaqla)” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 71-1.1.3-1-ci və 71-1.1.3-2-ci maddələr əlavə edilsin:
“71-1.1.3-1. beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə – daşıma xidmətlərinin başlanıldığı vaxtadək;
71-1.1.3-2. müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt;”;
- 71-1.1.5-ci maddədə “gün” sözü “vaxtadək” sözü ilə əvəz edilsin;
- 71-1.3-cü maddəyə “mallara” sözündən sonra “, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə” sözləri əlavə edilsin;
- 71-1.5.12-ci maddədən “alınmış” sözü çıxarılsın;
- 87.1-ci maddədə “Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin” sözləri “Vergilərin” sözü ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 88.4-cü maddə əlavə edilsin:
“88.4. Bu Məcəllənin 88.1.1-ci maddəsinin müddəaları bu Məcəllənin 221.4.7-ci və 221.8.6-cı maddələrində nəzərdə tutulan hallara şamil edilmir.”;
- 101-ci maddə üzrə:
- 1-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulur:
101.1-1.1. 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
- 2-ci cədvəl
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi |
| 2500 manatadək | 3 faiz |
| 2500 manatdan 8000 manatadək | 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi |
| 8000 manatdan çox olduqda | 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
101.1-1.2. 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
- 3-cü cədvəl
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi |
| 2500 manatadək | 5 faiz |
| 2500 manatdan 8000 manatadək | 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi |
| 8000 manatdan çox olduqda | 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
101.1-1.3. 2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq: 4-cü cədvəl
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi |
| 2500 manatadək | 7 faiz |
| 2500 manatdan 8000 manatadək | 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi |
| 8000 manatdan çox olduqda | 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
- 101.2-ci maddənin ikinci abzasında “maddədə” sözü “maddənin birinci abzasında” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulur.”;
- 102-ci maddə üzrə:
- 1.39-cu maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
- 1.41-ci maddəyə “özəl” sözündən əvvəl “ictimai iaşə fəaliyyəti və” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 104.9-cu maddə əlavə edilsin:
“104.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq hesablanmış amortizasiyanın məbləği (vergi ödəyicisinin öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilmiş təmir xərcləri üzrə hesablanmış amortizasiya məbləği istisna olmaqla) qədər həmin vəsaitin məbləği bu maddənin məqsədləri üçün vergitutma obyektidir.”;
- 106-cı maddə üzrə:
- 1.32-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
- 1.34-cü maddəyə “tibb” sözündən əvvəl “ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və” sözləri əlavə edilsin;
- 114-cü maddə üzrə:
- 1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya
ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır.”;
- 3-cü maddənin birinci abzasına “üzrə” sözündən sonra “azalan qalıq dəyəri metodu (bu Məcəllənin 114.3.6-cı maddəsinə münasibətdə düz xətt metodu) ilə” sözləri əlavə edilsin;
- 3-1-ci və 114.3-2-ci maddələr müvafiq olaraq 114.3-2-ci və 114.3-3-cü maddələr hesab edilsin və aşağıdakı məzmunda 114.3-1-ci maddə əlavə edilsin:
“114.3-1. Amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
114.3-1.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər və qurğular – 44 il;
114.3-1.2. maşın və avadanlıqlar – 14 il;
114.3-1.3. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 11 il; 114.3-1.4. hava, dəmiryol və su nəqliyyatı vasitələri – 29 il;
114.3-1.5. istehsalat, idman maşınları, idman motosikletləri, idman velosipedləri və bu kimi başqa idman nəqliyyat vasitələri – 9 il;
114.3-1.6. xidməti nəqliyyat vasitələri – 19 il; 114.3-1.7. avtonəqliyyat vasitələri – 14 il;
114.3-1.8. iş heyvanları – 14 il;
114.3-1.9. geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 11 il;
114.3-1.10. qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 il, istifadə müddəti məlum olanlar üçün isə istifadə illərinə uyğun olaraq;
114.3-1.11. digər əsas vəsaitlər – 14 il.”;
- 114.4-cü maddənin birinci abzasına “üzrə” sözündən sonra “azalan qalıq dəyəri metodu ilə” sözləri əlavə edilsin;
- 114.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“114.5. Azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları binalar, tikililər və qurğular (bundan sonra – tikililər) üçün hər tikili üzrə ayrılıqda, düz xətt metodu ilə amortizasiya ayırmaları isə hər bir amortizasiya olunan aktiv üzrə ayrılıqda aparılır.”;
- 114.6-cı maddənin birinci abzasında “Amortizasiya” sözü “Azalan qalıq dəyəri metodu ilə amortizasiya” sözləri əvəz edilsin;
- 114.8-ci maddədə “İlin” sözü “Azalan qalıq dəyəri metodu ilə amortizasiya hesablanması zamanı ilin” sözləri ilə əvəz edilsin;
- 114.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“114.10. Bu maddənin digər müddəalarından asılı olmayaraq, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən (investisiya xərcləri) dövlət müəssisələrinə 2026-cı il 1 yanvar tarixədək ayrılaraq nizamnamə kapitalına aid edilmiş vəsaitlər, habelə 2026-cı il yanvarın 1-dən sonrakı dövrdə bu Məcəllənin 104.9-cu maddəsində müəyyən edilmiş meyarlara cavab verən investisiya layihələri üzrə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər üzrə bu Məcəllənin 114.3-cü maddəsinə uyğun olaraq hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.”;
- aşağıdakı məzmunda 114.11-ci maddə əlavə edilsin:
“114.11. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmalarının hesablanması və gəlirdən çıxılması aşağıdakı qaydada həyata keçirilir:
- üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri cari il ərzində amortizasiya ayırmalarının hesablanması üçün iki mümkün amortizasiya metodundan birini seçir və aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat Vergi ödəyiciləri tərəfindən seçilmiş amortizasiya metodu 3 il ərzində dəyişdirilmir. İl ərzində aprel ayının 15-dək ləğv edilən vergi ödəyiciləri tərəfindən əvvəlki ildəki amortizasiya metodu tətbiq edilir;
- azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmalarının hesablanması, bu Məcəllənin 115.9-cu maddəsi nəzərə alınmaqla, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq dəyəri metodundan düz xətt metoduna keçid zamanı illik amortizasiya məbləği həmin əsas vəsaitlərin keçid tarixinə olan qalıq dəyərinin həmin tarixə qalan istifadə müddətinə bölünməsi yolu ilə hesablanır;
- düz xətt metodu ilə illik amortizasiya məbləğləri həmin əsas vəsaitlərin ilkin dəyərinin onların bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən olunmuş istifadə müddətlərinə bölünməsi yolu ilə hesablanır. Bu metodun tətbiqi zamanı həmin əsas vəsaitlər üzrə bu Məcəllənin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi onların ilkin dəyərinə əlavə edilir və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitin bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən olunmuş istifadə müddətinə bölünməklə əldə olunan məbləğ əsas vəsaitin təmir olunduğu ildən etibarən hər il üzrə bərabər hissələrlə gəlirdən çıxılır;
- düz xətt metodundan azalan qalıq dəyəri metoduna keçid zamanı illik amortizasiya məbləği həmin əsas vəsaitlərin qalıq dəyərinin bu Məcəllənin 114.3- cü maddəsinə uyğun olaraq müəyyən edilmiş amortizasiya normasına vurulması ilə hesablanır;
- vergi ödəyicisində üfüqi monitorinqin keçirilməsi dayandırıldıqda və ya vergi ödəyicisi üfüqi monitorinqdən çıxarıldıqda həmin hesabat ilində amortizasiya ayırmaları bu Məcəllənin 114.11.2-ci maddəsinə uyğun olaraq hesablanır;
- amortizasiyanın düz xətt metodunun tətbiqi zamanı amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin ilkin dəyərinə bu Məcəllənin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) ilkin dəyərinə əlavə olunmur.”;
- 115-ci maddə üzrə:
- 2-ci maddənin üçüncü abzasında “maddəsinə” sözü “və 114.3-1.1-ci maddələrinə” sözləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 115.9-cu maddə əlavə edilsin:
“115.9. Bu Məcəllənin 38-1-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqə qəbul olunmuş vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılan əsaslı təmir xərcləri və bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan cari təmir xərcləri üzrə məbləğlər cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir. Həmin vergi ödəyiciləri tərəfindən norma daxilində çəkilmiş cari təmir xərcləri bu Məcəllənin 115.1-115.8-ci maddələrinin tələblərinə uyğun olaraq gəlirdən çıxılır.”;
- 124-cü maddə üzrə:
- adına “icarə” sözündən sonra “(kirayə)” sözü əlavə edilsin;
- 124.1-ci maddə üzrə:
- ikinci abzas üçüncü abzas hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.”;
- üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.”;
- 124.2-ci maddəyə “İcarə” sözündən sonra “(kirayə)” sözü əlavə edilsin;
- 144.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 144.1.5-ci və 144.1.6-cı maddələr əlavə edilsin:
“144.1.5. bu Məcəllənin 114.2-ci maddəsinə uyğun olaraq amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar;
144.1.6. bu Məcəllənin 114.10-cu maddəsi ilə müəyyən edilmiş qaydada amortizasiya olunan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar.”;
- 153.3-cü maddədə “mənşəli” sözündən sonra “(xarici mənşəli balıq məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 155.1-1-ci maddə əlavə edilsin:
“155.1-1. Bu Məcəllənin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.”;
- 159.1-ci maddənin ikinci cümləsinə “mənşəli” sözündən sonra “(xarici mənşəli balıq məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;
- 164.1-ci maddə üzrə:
- 1.8-1-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
- 1.15-ci maddəyə “əsasında” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;
- 164.1.16-cı maddəyə “olunan” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;
- 164.1.28-ci maddə aşağıdakı redaksiyada verilsin:
“164.1.28. gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2026-cı il mayın 1-dən 3 il müddətinə;”;
- 164.1.31-ci maddədən “mineral” sözü çıxarılsın;
- 164.1.32-ci maddəyə “toxumların” sözündən əvvəl “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri, “o cümlədən” sözlərindən sonra “bu sahələrdə istifadəsi nəzərdə tutulmuş” sözləri əlavə edilsin;
- 164.1.33-cü maddəyə “kənd” sözündən əvvəl “siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;
- 164.1.36-cı maddədə “9” rəqəmi “14” rəqəmləri ilə əvəz edilsin;
- 164.1.41-ci, 164.1.41-3-cü və 164.1.41-4-cü maddələr aşağıdakı redaksiyalarda verilsin:
“164.1.41. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə;”;
“164.1.41-3. tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2027-ci il yanvarın 1-dən 7 il müddətinə;
164.1.41-4. Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən
istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə;”;
- 1.52-ci maddədə “5” rəqəmi “8” rəqəmi ilə əvəz edilsin;
- 1.63-cü maddə aşağıdakı redaksiyada verilsin:
“164.1.63. aşağıda göstərilən hallarda və müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı:
- dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
- dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
- dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə.”;
- 165-ci maddə üzrə:
- 1.3-cü maddədən “(o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3- cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların)” sözləri çıxarılsın və həmin maddəyə “ixracı” sözündən sonra “, habelə malların, o cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal edilən və rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi” sözləri əlavə edilsin;
- 165.5-ci maddənin birinci cümləsinə “teatr” sözündən əvvəl “bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə,” sözləri əlavə edilsin;
- 174-cü maddə üzrə:
- 174.4-cü maddənin birinci cümləsinə “mənşəli” sözündən sonra “(xarici mənşəli balıq məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;
- 174.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“174.5. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə münasibətdə 2024-cü il yanvarın 1-dən 3 il müddətinə, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.”;
- 175.6-cı maddənin ikinci cümləsinə “subsidiya” sözündən sonra “(aktivlərə aid edilən subsidiya istisna olmaqla)” sözləri əlavə edilsin;
- 185-ci maddə üzrə:
- 1-ci maddə üzrə:
- birinci cümlə ləğv edilsin;
- ikinci cümlədən “digər” sözü çıxarılsın;
- 2-ci maddənin birinci abzasına “190.1.1−190.1.6-cı” sözlərindən sonra “və 190.1.13-cü” sözləri əlavə edilsin;
- 1-ci maddə üzrə:
- 187-ci maddəyə “ixracı” sözündən sonra “və Azərbaycan Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi” sözləri əlavə edilsin;
- 188.1.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 188.1.1.11-ci maddə əlavə edilsin:
“188.1.1.11. təqvim ili ərzində 1 ədəd mobil cihaz.”;
- 190-cı maddə üzrə:
- aşağıdakı məzmunda 1.9-1-ci maddə əlavə edilsin: “190.1.9-1. dövlət qeydiyyatına alınmalı olan kvadrisikllər;”;
- 1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.1.13-cü maddə əlavə edilsin:
“190.1.13. mobil cihazlar.”;
- 190.2-ci maddədə “avtobuslar, minik avtomobilləri, motosikletlər, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, xəz-dəri məmulatları” sözləri “bu Məcəllənin 190.1.7–190.1.13-cü maddələrində göstərilən aksizli mallar” sözləri ilə əvəz edilsin;
- 190.3.1-ci maddədən “tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan” sözləri çıxarılsın və həmin maddədə “4,8” rəqəmləri “5,0” rəqəmləri ilə əvəz edilsin;
- 190.3.2-ci və 190.3.3-cü maddələrdə “4,8” rəqəmləri “5,0” rəqəmləri ilə əvəz edilsin;
- 190.3.7-ci və 190.3.8-ci maddələrdə “45,5” rəqəmləri “55,0” rəqəmləri ilə əvəz edilsin;
- 190.3.10-cu maddədə “3,1” rəqəmləri “3,3” rəqəmləri ilə əvəz edilsin;
- 190.3.13-cü maddədə “0,4” rəqəmləri “0,5” rəqəmləri ilə əvəz edilsin;
- 190.4-cü maddədə “avtobuslara, minik avtomobillərinə, motosikletlərə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına” sözləri “bu Məcəllənin 190.1.7– 190.1.13-cü maddələrində göstərilən aksizli mallara” sözləri ilə əvəz edilsin;
- 190.4.1-4-cü maddədə “1,2” rəqəmləri “1,5” rəqəmləri ilə, “1,5” rəqəmləri “2,0” rəqəmləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 4.1-6-cı maddə əlavə edilsin:
“190.4.1-6. Kvadrisikllərin mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,5 manat;”;
- 190.4.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.4.6-cı maddə əlavə edilsin:
“190.4.6. mobil cihazların hər bir ədədinə – 20,0 manat.”;
- 190.5-ci maddədə “neft məhsullarına, minik avtomobillərinə, avtobuslara, motosikletlərə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr” sözləri “bu Məcəllənin 190.1.6 – 190.1.10- cu və 190.1.13-cü maddələrində nəzərdə tutulan aksizli mallar üzrə” sözləri ilə əvəz edilsin;
- 191.5-ci maddə ləğv edilsin;
- 199-cu maddə üzrə:
- 4-cü maddəyə “dəyərində” sözündən sonra “(bu Məcəllənin 199.4.4- cü maddəsində nəzərdə tutulmuş əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində)” sözləri əlavə edilsin;
- 16-cı maddədə “7” rəqəmi “12” rəqəmləri ilə əvəz edilsin;
- 207.7-ci maddədə “7” rəqəmi “12” rəqəmləri ilə əvəz edilsin;
- 211.1.2-ci maddənin birinci və ikinci cümlələrində “0,02” rəqəmləri “0,07” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu maddə ilə müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində
məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
- 216-cı maddə üzrə:
- 1-ci maddə aşağıdakı redaksiyada verilsin;
“216.1. Yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən edilir.”;
- aşağıdakı məzmunda 1-1-ci maddə əlavə edilsin:
“216.1-1. Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növ metallara) görə mədən vergisinin dərəcəsi onların topdansatış qiymətinin 3 faizi məbləğində müəyyən edilir.”;
- 217.1-ci maddəyə birinci halda “çıxarılmış” sözündən sonra “xam neftin hər tonuna, təbii qaz və kondensatların hər min kubmetrinə, bu Məcəllənin 216.1-1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış”sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 218.1-1-ci maddə əlavə edilsin:
“218.1-1. Bu Məcəllənin 218.1.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.”;
- 218-1.1.7-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
- 220.1-1-ci maddəyə “ilə” sözündən sonra “, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.”;
- 221.4.7-ci maddə üzrə:
- birinci abzasın birinci cümləsində “ciddi hesabat blankı olan” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada” sözləri ilə əvəz edilsin;
- ikinci abzas ləğv edilsin;
- üçüncü abzasın birinci cümləsinə “ödədikdən” sözündən sonra “və həmin ödənişlər haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əldə edildikdən” sözləri əlavə edilsin;
- 4.9-cu maddə üzrə:
- ikinci abzasın birinci cümləsində “orqan (qurum) tərəfindən” sözləri “orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada” sözləri ilə əvəz edilsin;
- üçüncü abzasda “Xüsusi fərqlənmə nişanı”nı onu vermiş orqana geri qaytarmalıdır” sözləri “Xüsusi fərqlənmə nişanı”nın ləğv edilməsi üçün elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə müraciət etməlidir” sözləri ilə əvəz edilsin;
- XIX fəsil üzrə:
- adına “ərazilərdə” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasında” sözləri əlavə edilsin;
- 226-cı maddə üzrə:
- 2-ci maddəyə “ərazilərdə” sözündən sonra “və ya mərkəzləşdirilmiş qaydada” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 4-cü maddə əlavə edilsin:
“226.4. Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin
227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.
Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.”;
- aşağıdakı məzmunda 227.2-1 – 227.2-3-cü maddələr əlavə edilsin:
“227.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1- dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.
227.2-2. İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.
227.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.”.