İşğaldan azad edilmiş ərazilərdə tikinti materiallarının satışı zamanı vergi öhdəlikləri.
Vergi məcəlləsinin 227.4.2-ci maddəsinə əsasən topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.Mövzuya misal üzərində baxaq. Zəngilan rayonunda vergi qeydiyyatına alınmış X MMC tikinti…